Xəbərlər
21.01.2026 - 14:00
20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI AMEA AHİ-NİN İLK TƏŞKİLATLARINDA SILSİLƏ TƏDBİRLƏR
Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının (AMEA AHİ) ilk təşkilatları 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə anım tədbirləri keçiriblər. AMEA Mərkəzi Elmi Kitabxana, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Şəki Regional Elmi Mərkəzi, Folklor İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivləri elmi seminarlar, anım tədbirləri və ziyarətlər edərək Şəhidlərin müqəddəs ruhuna ehtiramlarını bildiriblər.














1545120462.jpg)



