Xəbərlər
20.01.2026 - 18:00
AMEA AHİ RƏHBƏRLİYİ 20 YANVAR ŞƏHİDLƏRİNİ ANIB

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının rəhbərliyi və Rəyasət Heyətinin üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.