Xəbərlər
20.01.2026 - 19:00
AHİK-IN, ÜZV VƏ TABE TƏŞKİLATLARIN RƏHBƏRLİYİ VƏ KOLLEKTİVİ ŞƏHİDLƏR XİYABANINI #ZİYARƏT EDİB
Sovet imperiyasının Bakıda törətdiyi 20 yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatlarının rəhbərliyi, eləcə də kollektivi Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.



1545120462.jpg)



