AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov ARB Kanalının “Gündəm” verilişinin qonağı olub. Verilişdə Cənubi Qafqazda baş verən siyasi və iqtisadi proseslər müzakirə olunub. S.Həsənov bildirib ki, regionda sülh və sabitliyin təmin olunmasında iqtisadi əməkdaşlıq mühüm rola malikdir. ABŞ-ın Azərbaycanı regionun aparıcı ölkəsi kimi tərəfdaş seçməsi ilə iqtisadi əməkdaşlığı gücləndirməsi bu yanaşmanın praktiki nümunəsidir. S.Həsənov əlavə edib ki, Azərbaycan - ABŞ münasibətləri diplomatik və iqtisadi sahədə çoxsaylı razılaşmalarla möhkəmlənib. Fevral ayında ABŞ-ın rəsmi nümayəndəsi Ceyms Devidsonun Cənubi Qafqaza səfəri çərçivəsində həm Azərbaycan, həm də Ermənistanla aparılacaq müzakirələrin əsas məqsədi regional təhlükəsizlik, sülh təşəbbüsləri və iqtisadi əməkdaşlığın genişləndirilməsi yolunda mühüm addım ola bilər. Həmçinin son günlərdə baş vermiş proseslərə toxunaraq bildirib ki, 10 erməni vətəndaşı və 1 rus əsilli şəxs Azərbaycanla razılaşdırılmış qaydada Ermənistana qaytarılıb. Bu, regionda qarşılıqlı əməkdaşlıq, sülhə dəstək və humanitar yanaşmanın real nümunəsidir. Daha bir mühüm reallıq budur ki, Azərbaycanın təşəbbüskarlığı olmadan regional layihələrin effektiv icrası mümkün deyil. Bu yanaşma, həmçinin ABŞ-ın regionda aktiv iştirakı və Cənubi Qafqazda yeni iqtisadi-siyasi proseslərə də yanaşmasında əsas xətti təmin edir.



1545120462.jpg)



