Yanvarın 28-də "Şəhərsalma və Memarlıq İli" çərçivəsində YAP Yasamal rayon təşkilatında "44 gün-Tarixi zəfər" adlı çoxcildlik kitabının IV cildinin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, məşhur “91-lər”dən biri Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov Respublika “Xatirə Kitabı” Redaksiyasının baş redaktoru, “Mətbuat pr.529-cu məhəllə” (Respublika Xatirə Kitabı) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Nəzakət Məmmədova, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Cəlil Xəlilov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, YAP Yasamal rayon təşkilatının, Yasamal rayon İcra Hakimiyyətinin və Respublika “Xatirə Kitabı” Redaksiyasının əməkdaşları, şəhid ailə üzvləri və ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, media nümayəndələri və fəal gənclər iştirak etmişlər. Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov kitabın redaksiya heyətinə təşəkkürünü bildirmiş, şəhid ailələri və qazilərlə görüşərək cənab Prezidentin onlara göstərdiyi diqqət və qayğıdan danışmışdır. Eyni zamanda AHİK-in və üzv təşkilatların bu istiqamətdə gördüyü işlər diqqətə çatdırılmışdır. Sonda tədbirdə iştirakıları ilə xatirə şəkilləri çəkdirilmişdir.




1545120462.jpg)



