Xəbərlər
03.02.2026 - 09:00
AMEA-da 2 Fevral –Gənclər Gününə həsr olunmuş tədbİr keçİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc Alim və Mütəxəssislər Şurasından – Gənclər Akademiyasına” mövzusunda keçirilən tədbirdə AMEA Azad Həmkarlar İttifaqı (AHİ) fəal iştirak edib.

Tədbirdə AMEA AHİ-nin sədri Sənan Həsənov iştirak edib. AMEA AHİ tərəfindən Akademiyada gənc alim və mütəxəssislərin sosial müdafiəsi, elmi və ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərə daim dəstək göstərildiyi qeyd olunub. Yeni təsis olunmuş Gənclər Akademiyasının fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrdə Həmkarlar İttifaqının da yaxından iştirak edəcəyinə dair fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gənc alim və mütəxəssislər AMEA rəhbərliyi tərəfindən təltif olunub. Gənclər Akademiyasının yeni formalaşmış tərkib və idarə heyəti ilə xatirə şəkil çəkilib.