Fevralın 11-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr edilmiş “Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransı giriş nitqi ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın məqsədinin ölkədə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, sosial informasiya dinamikasını təhlil etmək, idarəetmə mexanizmlərini təkmilləşdirmək, müvafiq infrastrukturun əlçatanlığını təmin etmək və ixtisaslı kadr potensialını gücləndirmək olduğunu vurğulayıb. Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov iştirak etmiş,. süni intellekt və rəqəmsallaşma sahəsində aparılan elmi müzakirələrin aktuallığını və strateji əhəmiyyətə dair müzakirələrə qoşulmuş, rəqəmsal transformasiya proseslərinin elmi müəssisələrin fəaliyyətinə, idarəetmə mexanizmlərinə və əmək münasibətlərinə təsirinin artdığını diqqətə çatdırmışdır. Konfransda həmçinin vurğulanıb ki, müasir dövrdə rəqəmsallaşma cəmiyyətin bütün sahələrinə nüfuz edərək sosial münasibətlərin, idarəetmə mexanizmlərinin və fərdi davranışların transformasiyasına səbəb olur. Tədbirin məqsədi rəqəmsallığın fəlsəfi, sosial, psixoloji, hüquqi, siyasi və tarixi aspektlərinin elmi müzakirəsini təmin etmək və multidissiplinar yanaşmalar əsasında informasiyanın idarə edilməsinin yeni inkişaf dinamikasını təhlil etməyi qarşıya qoymuşdur.











1545120462.jpg)



