AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov ARB Kanalının “Gündəm” verilişinin qonağı olub və Cənubi Qafqazda baş verən siyasi və iqtisadi prosesləri şərh edib. O, həmçinin Munich Security Conference çərçivəsində Zəngəzur dəhlizinin beynəlxalq müstəvidə “Tramp marşrutu” (TRIPP – Beynəlxalq Sülh və Rifah Marşrutu) kimi təqdim olunmasının Azərbaycanın diplomatik uğuru olduğunu bildirib və bu layihənin regionun iqtisadi inteqrasiyasına, eləcə də qlobal ticarət zəncirinə mühüm töhfə verəcəyini vurğulayıb. S.Həsənov qeyd edib ki, Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması sülh müqaviləsinin imzalanmasına hüquqi maneə yaradır. Davamlı sülh üçün Azərbaycanın mövqeyində əks olduğu kimi hüquqi baza yenilənməli, region dövlətləri ilə isə qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq mühitigücləndirilməlidir. Bu Ermənistanın sülh səylərində əsas yer tutmalıdır. https://www.youtube.com/live/iRgV6Lc-OMA?si=iqdmm3Q8MKUuW02_



1545120462.jpg)



