Xəbərlər
26.02.2026 - 13:00
AMEA-NIN KOLLEKTİVİ XOCALI SOYQIRIMI ABİDƏSİNİ ZİYARƏT EDİB

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, o cümlədən elmi müəssisə və təşkilatların nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.