Xəbərlər
27.02.2026 - 15:26
AZƏRBAYCAN HƏMKARLAR İTTIFAQLARI KONFEDERASIYASI-DƏ ÜMUMDÜNYA MÜLKI MÜDAFIƏ GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar "Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə olunması" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini, Konfederasiyanın Mülki Müdafiə Qərargahının rəisi Qəzənfər Abdullayev mülki müdafiə, fövqəladə hallara hazırlığın gücləndirilməsi və ekoloji risklərin idarə olunması sahəsində maarifləndirmə işinin vacibliyini vurğulayıb. Bildirilib ki, müasir dövrdə iqlim dəyişmələri, texnogen təhlükələr və ekoloji çağırışlar cəmiyyət qarşısında yeni vəzifələr qoyur.

AHİK-in Əməyin və Sağlamlığın Mühafizəsi şöbəsinin müdiri Adil Rəhimli isə iş yerlərində təhlükəsizlik qaydaları və risklərin düzgün qiymətləndirilməsi mexanizmləri barədə təqdimatla çıxış edib, həmkarlar ittifaqlarının bu sahədəki vəzifələrini diqqətə çatdırıb.

Həmçinin tədbir çərçivəsində iştirakçılara ekoloji təhlükələr, fövqəladə hallara hazırlıq, kollektiv mühafizə vasitələri, eləcə də əmək mühitində təhlükəsiz davranış qaydaları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.