Yasamal rayonunda müqəddəs Ramazan ayı münasibətilə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən iftar süfrəsi təşkil olunub. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov və digər rəsmi şəxslərlə yanaşı, bir sıra tanınmış ictimai-siyasi xadimlər və rayon fəalları iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Hacı Cavad məscidinin imamı İbrahim Quliyev və YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov Ramazan ayının mənəvi dəyərlərindən, birlik və həmrəylik kimi ali prinsiplərindən bəhs ediblər. Sonda Qurani-Kərimdən ayələr oxunub və iftar süfrəsi bədii hissə ilə davam edib.








1545120462.jpg)



