Xəbərlər
19.03.2026 - 12:54
AMEA AZAD HƏMKARLAR İTTİFAQI XALQIMIZI RAMAZAN VƏ NOVRUZ BAYRAMLARI MÜNASİBƏTİLƏ TƏBRİK EDİR

Əziz həmvətənlər,

Müqəddəs Ramazan Bayramı və xalqımızın qədim milli-mənəvi dəyərlərini, zəngin mədəni irsini və birlik ənənələrini özündə yaşadan Novruz Bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ruzi-bərəkət, ailələrinizə xoşbəxtlik, ölkəmizə isə davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayırıq. Ramazan bayramı insanları mərhəmətə, şəfqətə, yardımlaşmaya və mənəvi saflaşmaya səsləyən müqəddəs dəyərləri təcəssüm etdirir, Novruz bayramı isə təbiətin oyanışını, yenilənməni, dirçəlişi və ümid dolu gələcəyi simvolizə edir. Bu iki əlamətdar bayram xalqımızın əsrlər boyu formalaşmış mənəvi dəyərlərinin, humanizm və həmrəylik ənənələrinin parlaq ifadəsidir.

Bu bayramları qalib ölkənin vətəndaşları kimi qarşılamaq, işğaldan azad olunmuş torpaqlarımızda həyatın bərpası və dirçəlişi fonunda qeyd etmək hər birimiz üçün xüsusi qürur və sevinc mənbəyidir. Azərbaycan xalqı öz milli birlik və həmrəylik ruhu ilə dövlətimizin inkişafına, cəmiyyətimizin rifahına və gələcək nəsillərin firavan həyatına töhfə vermək əzmindədir.

AMEA Azad Həmkarlar İttifaqı olaraq bütün həmkarlarımızı, elm və ziyalı ictimaiyyətini, eləcə də xalqımızı bu əlamətdar və müqəddəs bayramlar münasibətilə ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq, bol ruzi-bərəkət və yeni uğurlar arzulayırıq.

 

Ramazan və Novruz bayramlarınız mübarək!