Əməyin mühafizəsi sahəsində biliklərin yoxlanılması və bu istiqamətdə qanunvericilikdə edilmiş son dəyişikliklərin müzakirəsi məqsədilə 13 aprel 2026-cı il tarixində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda iclas keçirilmişdir. İclasda institutun rəhbərliyi, şöbə müdirləri, həmçinin SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə baş mütəxəssis Rəşad İsmayılov iştirak etmişlər. Tədbir zamanı əməyin mühafizəsi sahəsində mövcud vəziyyət təhlil edilmiş, iş yerlərində təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda, qüvvədə olan qanunvericilikdə edilmiş dəyişikliklər barədə ətraflı məlumat verilmiş, bu dəyişikliklərin tətbiqi ilə bağlı tövsiyyələr səsləndirilmişdir. İclas çərçivəsində iştirakçıların sualları cavablandırılmış, əməyin mühafizəsinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Sonda bu sahədə nəzarətin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin davamlı şəkildə həyata keçirilməsinin vacibliyi qeyd olunmuşdur.



1545120462.jpg)



