Xəbərlər
15.04.2026 - 14:00
SÜLEYMAN RÜSTƏMİN 120 İLLİYINƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB
AMEA Azad Həmkarlar İttifaqının təşkilatşılığı ilə AMEA alimləri xalq şairi Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş tədbirə qatılıblar.
Azərbaycan Texniki Universitetinin böyük akt zalında baş tutan və dövlət rəsmilərinin, elm, mədəniyyət və ictimai xadimlərin iştirak etdiyi ədəbi-bədii gecədə şairin yaradıcılıq yolu, ədəbi irsi və əsərlərinin Azərbaycan ədəbiyyatında yüksək yerinə dair çıxışlar, məruzələr dinlənilmişdir. İncəsənət xadimlərinin şairin yaradıcılığına bəstələnmiş musiqiləri səsləndirilmiş, ədibin zəngin irsinə dair maraqlı müzakirələr aparılmışdır.




1545120462.jpg)



