Xəbərlər
30.04.2026 - 12:10
AMEA-DA “HƏDƏF 130/80” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TİBBİ MÜAYİNƏ AKSİYASI UĞURLA YEKUNLAŞIB

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilən “Hədəf 130/80: Gələcəyiniz barədə özünüz qərar verin” layihəsi çərçivəsində tibbi müayinə aksiyası başa çatıb.

AMEA-nın Azad Həmkarlar İttifaqının təşəbbüsü, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kardiologiya Cəmiyyəti və “Servier Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya üç gün davam edib.

Aksiya çərçivəsində ümumilikdə 150 nəfər AMEA əməkdaşı tibbi müayinədən keçib. İştirakçıların arterial təzyiqi ölçülüb, ürək-damar sisteminin vəziyyəti qiymətləndirilib və onlara fərdi tibbi tövsiyələr təqdim olunub.

Layihənin əsas məqsədi ürək-damar xəstəliklərinin erkən diaqnostikasını təşviq etmək, risk faktorları barədə maarifləndirməni artırmaq və sağlam həyat tərzinin təbliğinə dəstək verməkdir.

AMEA rəhbərliyi və tərəfdaş qurumlar bu cür sosial-tibbi təşəbbüslərin davamlı olaraq həyata keçirilməsinin elmi ictimaiyyətin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.