Xəbərlər
12.05.2026 - 10:00
Ümummİllİ Lİder Heydər Əlİyevİn məzarı zİyarət olunub
Mayın 10-u müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.




1545120462.jpg)



