Xəbərlər
19.05.2026 - 13:29
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri yubiley münasibətilə təltif olunub

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı tərəfindən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, institutun Həmkarlar Təşkilatının sədri Şahbaz Musayev 65 illik yubileyi münasibətilə təltif olunub.

Təltif olunan alim uzun illər ərzində elmi və ictimai fəaliyyəti, həmkarlar hərəkatının inkişafına verdiyi töhfələr, əməkdaşların sosial müdafiəsi istiqamətində göstərdiyi xidmətlərlə fərqlənib.

AMEA Azad Həmkarlar İttifaqının qərarına əsasən, alimin elmi-ictimai səmərəli fəaliyyətinə, həmkarlar sahəsində xidmətlərinə və 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olunub.

AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti yubilyara gələcək elmi fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayıb və görüşdə xatirə şəkilləri çəkdirib.