Xəbərlər
25.05.2026 - 14:18
Qurban Bayramı münasİbətİlə AMEA-nın Gəncə Bölməsİnİn əməkdaşlarına bayram sovqatları təqdİm olunub

Qarşıdan gələn Qurban Bayramı və 28 May – Müstəqillik Günü münasibətilə AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatı tərəfindən ənənəvi olaraq əməkdaşların ailələri üçün bayram sovqatları hazırlanaraq təqdim edilib.

Bayramlar ərəfəsində təşkil olunan bu sosial təşəbbüs əməkdaşlar tərəfindən böyük məmnunluqla qarşılanıb. Həmkarlar Təşkilatı tərəfindən hazırlanmış sovqat payları bayram süfrəsi üçün zəruri ərzaq məhsullar ibarət olub.

Qeyd edilib ki, əməkdaşlara göstərilən diqqət və qayğı, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər AMEA-nın Gəncə Bölməsində daim diqqət mərkəzində saxlanılır. Xüsusilə əlamətdar günlər və bayramlar münasibətilə əməkdaşların sevindirilməsi artıq ənənə halını alıb.

AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatının qərarı əsasında həyata keçirilən bu təşəbbüs kollektiv arasında həmrəylik və qarşılıqlı dəstək mühitinin möhkəmləndirilməsinə xidmət edir. Bölmə rəhbərliyi və Həmkarlar Təşkilatı tərəfindən əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların mənəvi ruh yüksəkliyinin artırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Əməkdaşlar göstərilən diqqət və qayğıya görə təşkilat rəhbərliyinə və Həmkarlar Təşkilatına minnətdarlıqlarını ifadə ediblər.