21 iyun 2026-cı ildə AMEA Nəsimi adına Dilçilik İnstitunun Həmkarlar Təşkilatının təşəbbüsü və maddi dəstəyi ilə bir günlük Astara gəzintisi təşkil edilmişdir. Dilçilik İnstitutunun 31 əməkdaşı 21 iyun 2026-cı il tarixində səhər erkən saatlarında avtobusla Bakıdan, Elmlər Akademiyasının binası qarşısından Salyan istiqamətində yola düşmüşlər. Əməkdaşlar Salyan rayonu ərazisində yerləşən “Yolüstü” istirahət mərkəzində səhər yeməyi yemişlər. Sonra gəzinti turu Lənkəran istiqamətinə yola düşmüşdür. Lənkəran rayonu ərazisində “Xanbulan göl” istirahət mərkəzində bir müddət istirahət etdikdən və fotosessiya çəkilişlərindən sonra gəzinti turu Astara istiqamətinə yön almışdır. Dilçi- alimlərdən ibarət tur Astara rayonunda Sım kəndi ilə tanış olmuş, kəndin görməli yerlərini gəzmişlər. Daha sonra xüsusi nəqliyyat vasitələrilə Sım kəndi ərazisində yerləşən Şirhal şəlaləsinə gəzintiyə gedilmişdir. Şəlalədə fotosessiyalar olunmuş, çay süfrəsi ətrafında xoş anlar keçirilmişdir. Daha sonra gəzinti turu “Astalaniya” ailəvi məkanında nahar yeməyi yemişlər və dəniz kənarında fotosessiyalar olmuşdur. Axşam saatlarında alim kollektivinə“Orman” istirahət mərkəzində samovar çayı təqdim olunmuşdur. AMEA Nəsimi adına Dilçilik İnstitutunun kollektivi gəzintidən çox razı qalmış və AMEA Həmkarlar Təşkilatının rəhbərliyinə dərin təşəkkürlərini bildirmişlər.





1545120462.jpg)



