Xəbərlər
06.07.2026 - 11:00
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ (AHİK) “ABŞERON” SAĞLAMLIQ VƏ İSTİRAHƏT MƏRKƏZİNİN ƏRAZİSİNDƏ ABADLIQ VƏ YAŞILLIĞIN QORUNMASI AKSİYASI KEÇİRİLİB.

AHİK-in, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının (AMEA AHİ) və üzv təşkilatlarının əməkdaşlarının iştirak etdiyi aksiya IDEA İctimai Birliyinin ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirmə sahəsində reallaşdırdığı təşəbbüslərə töhfə vermək, sağlamlıq və istirahət mərkəzlərinin təbii mühitinin qorunması, qonaqlar üçün daha yaxşı şərait yaratmaq məqsədilə təşkil olunub.

Aksiya çərçivəsində sağlamlıq mərkəzinin ərazisində abadlıq işləri görülüb, yaşıllıq sahələrinə qulluq göstərilib.

Aksiyada AMEA AHİ-nin sədri Sənan Həsənov, AMEA Respublika Seysmoloji Xidmətinin Həmkarlar Təşkilatının sədri Etibar Qaravəliyev və həmin təşkilatın əməkdaşları Nicat Sadıqov və Mehdi Cəfərli də fəal iştirak edərək ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin abadlaşmasına öz töhfələrini veriblər.         

Həmkarlar İttifaqları tərəfindən ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən sosial-ekoloji tədbirlər bundan sonra da davam etdiriləcək.