18 iyul 2026-cı ildə Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində işğaldan azad edilmiş şəhərlərdə bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq məqsədilə “Xankəndi–Şuşa turu” təşkil edib. Turda iştirak edən İnstitut əməkdaşları əvvəlcə Ağdam Cümə Məscidini, Ağdam Şəhidlər Xiyabanını və Əsgəran qalasını ziyarət ediblər. Sonra İnstitut əməkdaşları Xankəndi şəhərində aparılan quruculuq işləri ilə yaxından tanış olublar. Fəlsəfə və Sosiologiya İnstitutunun alim və tədqiqatçıları Qarabağ Universitetinin kitabxana fondu ilə maraqlanıb müəllif olduqları elmi əsərləri kitabxanaya hədiyyə ediblər. Daha sonra İnstitut əməkdaşları Şuşa şəhərində aparılan təmir-quruculuq işləri ilə də yaxından tanış olaraq Şuşa Bayraq Meydanına, Güllələnmiş büstlərə, M.P. Vaqifin məqbərəsinə baş çəkib, Yuxarı Gövhər Ağa Məscidi ziyarət olunub. İnstitut əməkdaşları şəhər gəzintisi zamanı Şuşa qalasını, Cıdır düzünü, Xan qızı bulağını və İsa bulağını da ziyarət ediblər.








1545120462.jpg)



