AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov ARB kanalının “Gündəm” verilişinin qonağı olub və Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini, eləcə də ölkədə formalaşan yeni siyasi vəziyyəti şərh edib. S.Həsənov bildirib ki, hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdə 64 mandat qazanması Nikol Paşinyan hökumətinin siyasi kursunu davam etdirməsi üçün əlverişli şərait yaradır. Onun sözlərinə görə, yeni parlamentin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi, regionda sabitliyin möhkəmləndirilməsi və bu istiqamətdə zəruri siyasi qərarların qəbul edilməsidir. S.Həsənov vurğulayıb ki, Azərbaycan müharibədən sonra regionda dayanıqlı sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. O qeyd edib ki, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfə verə bilər. link: https://www.youtube.com/live/FU_zRAzmnP0?si=zDEm9gmm_0PyVi_o



1545120462.jpg)



