Əməkdaşların asudə vaxtının səmərəli təşkili, istirahətinin təmin edilməsi və kollektiv üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədilə 8 avqust 2026-cı il tarixində AMEA nəzdində RSXM-in Həmkarlar Təşkilatının təşkilatçılığı və maddi dəstəyi ilə 30 nəfər əməkdaşın Azərbaycanın cənub bölgəsinə birgünlük gəzintisi təşkil olunub. Gəzinti çərçivəsində əməkdaşlar komfortlu avtobusla təmin edilərək Lənkəran və Lerik rayonlarının səfalı guşələrinə səfər ediblər. Səfər zamanı Lənkəran rayonunda yerləşən Xanbulan gölü ziyarət olunub, əməkdaşların burada istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi təmin edilib. Daha sonra gəzinti iştirakçıları Lerik rayonunun təbiətinin gözəl məkanlarından biri olan Bibiyani şəlaləsi ətrafında olublar. Təbiətin qoynunda keçirilən istirahət əməkdaşların xoş təəssüratları ilə yadda qalıb. Günün sonunda əməkdaşlar Lənkəran rayonu ərazisində yerləşən “Rahat İstirahət Mərkəzi”ndə nahar edib və istirahətlərini burada davam etdiriblər. Gəzintidə iştirak edən əməkdaşlar təşkilatçılığa, diqqət və qayğıya görə AMEA Azad Həmkarlar İttifaqına və AMEA nəzdində RSXM-in Həmkarlar Təşkilatına dərin təşəkkürlərini bildiriblər.










1545120462.jpg)



