AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov ARB kanalının “Gündəm” verilişinin qonağı olub. Verilişdə ABŞ-İran qarşıdurmasının yeni mərhələsi, iqtisadi və maliyyə sanksiyaları, NATO-nun mövqeyi, eləcə də Hörmüz boğazının strateji əhəmiyyəti müzakirə olunub. S.Həsənov bildirib ki, ABŞ-ın əvvəlki hərbi təzyiq siyasəti gözlənilən nəticəni verməyib və tərəflər arasında danışıqlar imkanları yaransa da, mövqelərin ziddiyyəti razılaşmaya imkan verməyib. Onun sözlərinə görə, hazırda iqtisadi və maliyyə təzyiqlərinin artırılması ABŞ-ın əsas təsir vasitələrindən birinə çevrilib. Siyasi şərhçi İranın Avropadakı ABŞ hərbi obyektlərinə mümkün hücumları ilə bağlı bəyanatların NATO amilini ön plana çıxardığını və münaqişənin daha geniş regional təhlükəsizlik probleminə çevrilə biləcəyini qeyd edib. Hörmüz boğazına toxunan S.Həsənov bildirib ki, alternativ neft marşrutlarının yaradılması uzunmüddətli prosesdir və hazırda boğazın strateji əhəmiyyətini aradan qaldırmır. Onun fikrincə, Hörmüz boğazının təhlükəsizliyi həm regional, həm də qlobal enerji bazarı üçün mühüm əhəmiyyət daşıyır. S.Həsənov qarşıdurmanın daha da genişlənməsinin qarşısının alınması üçün tərəflərin danışıqlar masasına qayıtmasının vacibliyini vurğulayıb. Ətraflı: https://www.youtube.com/watch?v=YPbfKspSpNs&t=9s




1545120462.jpg)



