AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi və əməkdaşları institututun əməkdaşı Güldanə Babayevanın 70 illik yubileyini qeyd ediblər. Tədbirdə yubilyarın AMEA-da 50 ildən artıq müddətdə səmərəli elmi, ictimai və inzibati fəaliyyət göstərdiyi vurğulanıb. Bildirilib ki, uzun illər ərzində ictimai və inzibati sahələrdə uğurla çalışan yubilyar öz peşəkarlığı, zəngin təcrübəsi və yüksək insani keyfiyyətləri ilə kollektivin dərin hörmətini qazanıb. Qeyd olunub ki, yubilyarın elmi və ictimai fəaliyyəti, həm də gənc nəsil üçün örnəkdir və hazırda da doğma kollektivdə fəaliyyətini davam etdirən yubilyarın institutun elmi və ictimai həyatında fəal iştirakı yüksək qiymətə layiqdir. AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edərək, onun AMEA-da 50 ildən artıq müddətdə göstərdiyi səmərəli əmək fəaliyyətinə diqqət çəkib. O, yubilyara möhkəm cansağlığı, uzun ömür, tükənməz həyat eşqi, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi və əməkdaşları da yubilyara xoş arzularını çatdıraraq, onun bundan sonrakı fəaliyyətində uğurlar və yeni nailiyyətlər diləyiblər. Tədbirin sonunda AMEA Azad Həmkarlar İttifaqı tərəfindən yubilyara xatirə suveniri və gül dəstəsi təqdim olunub.



1545120462.jpg)



