Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Səməd Vurğun adına istirahət mərkəzində uşaqlar üçün yay sağlamlıq düşərgəsi təşkil edilib. Sosial layihələrə və əməkdaşların övladlarının asudə vaxtının səmərəli təşkilinə xüsusi diqqət ayıran AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə 8 nəfər məktəbli uşaq da bu düşərgədə iştirak edib. Düşərgə müddətində uşaqların fiziki və mənəvi inkişafı, istirahəti və sağlamlığı üçün geniş və zəngin proqram təşkil olunub. Məktəblilər futbol, voleybol, basketbol, tennis, şahmat, dama, qaçış və kəndir dartma kimi müxtəlif idman oyunlarında qüvvələrini sınayıblar. Eyni zamanda uşaqlar üçün rəsm və rəqs dərsləri, şeir və mahnı müsabiqələri, intellektual viktorinalar və flashmoblar keçirilib. Axşam saatlarında isə açık havada kino və cizgi filmləri nümayiş olunub, rəngarəng musiqili-əyləncəli proqramlar təqdim edilib. AMEA Azad Həmkarlar İttifaqı əməkdaşların övladlarının asudə vaxtının səmərəli və məzmunlu təşkili üçün bu cür sosial layihələri gələcəkdə də davam etdirəcək.


1545120462.jpg)



