Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının XII konfransı baş tutub. Tədbir əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransın gündəliyində YAP Yasamal rayon təşkilatının ötən beşillik fəaliyyətinə dair hesabat təqdim olunub, görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolundan bəhs edib. O bildirib ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP bu gün 700 mindən çox üzvü öz ətrafında birləşdirən ölkənin en böyük siyasi qüvvəsidir. B. Nəbiyev diqqətə çatdırıb ki, 20 fevral 1993-cü ildən fəaliyyət göstərən Yasamal rayon təşkilatı hazırda 103 ərazi partiya təşkilatını və 33 mindən çox üzvü özündə cəmləşdirir. Hesabat dövründə rayon təşkilatının fəaliyyətinin genişləndirildiyini vurğulayan sədr, xüsusilə son illərdə dövlət strukturları və ictimai qurumlarla əməkdaşlığın daha da möhkəmləndiyini qeyd edib. Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ümummilli Lider Heydər Əliyevin YAP-ın yaradılması ilə bağlı tarixi xidmətlərini xatırladıb. Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” kəlamının ötən 30 il ərzində özünü tam doğrultduğunu bildirən E. Həsənov, bu gün həmin siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. RİH başçısı 2025-ci ildə YAP Yasamal rayon təşkilatı ilə birgə 56 tədbirin keçirildiyini bildirərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin nəticəsi kimi YAP-ın bu gün qalib Azərbaycanın partiyasına çevrildiyini diqqətə çatdırıb. Konfransda həmçinin AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, YAP rəhbərliyinin nümayəndələri və digər natiqlər çıxış edərək hesabat dövründə görülən işləri yüksək qiymətləndirib, partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və qarşıda duran prioritet vəzifələrdən danışıblar. Tədbirin sonunda YAP Yasamal rayon təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və növbəti dövr üçün müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı müvafiq qərarlar qəbul olunub






1545120462.jpg)



