Xəbərlər
07.10.2026 - 17:34
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ ƏMƏKDAŞI HƏSƏNQULU QURBANOV TƏŞƏKKÜRNAMƏ İLƏ TƏLTİF OLUNUB
Ümumdünya Layiqli Əmək Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən keçirilən tədbirdə AMEA Azad Həmkarlar İttifaqının əməyin texniki müfəttişi Həsənqulu Rəcəb oğlu Qurbanov əmək hüquqlarının qorunmasına və layiqli əmək şəraitinin yaradılmasına verdiyi töhfəyə görə təşəkkürnamə ilə təltif olunmuşdur. AMEA Azad Həmkarlar İttifaqının rəhbərliyi və əməkdaşları adından Həsənqulu Qurbanovu bu əlamətdar təltif münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq!



1545120462.jpg)



