Xəbərlər
12.10.2026 - 18:00
XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLININ 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB.

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş “Sabir Rüstəmxanlı – mütəfəkkir xalq şairi və istiqlal mübarizi” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi müəssisə rəhbərləri, tanınmış ziyalılar, alimlər və ictimai xadimlər iştirak ediblər.

Tədbirdə akademik İsa Həbibbəyli Sabir Rüstəmxanlının yaradıcılığına dair geniş nitq söyləmişdir. Daha sonra ziyalılar və tanınmış alimlər yubilyarın çoxşaxəli yaradıcılığı haqqında öz fikirlərini bildiriblər. Çıxışlarda Sabir Rüstəmxanlının Azərbaycanın elmi-ictimai həyatına verdiyi dəyərli töhfələr geniş şəkildə qeyd olunub.

AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov tədbirdə iştirak etmiş, Xalq şairinə xoş arzularını çatdırmış və ona gül buketi təqdim etmişdir..

Xatırladaq ki, Sabir Rüstəmxanlı 2026-cı il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın elmi və ictimai həyatındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.