Xəbərlər
23.10.2026 - 16:32
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATLARI 12-Cİ BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ FƏAL İŞTİRAK EDİBLƏR.

Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının ilk təşkilatlarının sədrləri yaxından iştirak ediblər.

Sərgi çərçivəsində AMEA-nın "Elm" nəşriyyatının stendində Akademiyanın geniş elmi nəşrləri nümayiş olunub. Təqdim edilən ekspozisiyalar arasında "Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan və Pakistanın Azərbaycan nəşrləri" stendi xüsusi maraq doğurub. Üzvlər sərginin zəngin proqramı ilə tanış olmuş, Akademiyanın nəşr irsinin və beynəlxalq elmi əlaqələrinin təbliğinə öz töhfələrini vermişlər.