Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: 34 illik şərəfli inkişaf yolu” adlı təntənəli tədbir keçirilib. Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov da iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib və YAP-ın 34 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlər və partiyanın Azərbaycanın ictimai-siyasi həyatındakı rolu diqqətə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Böyük Qayıdış proqramının həyata keçirilməsi və ölkənin gələcək inkişaf perspektivləri xüsusi vurğulanıb. Tədbirin sonunda bir qrup partiya fəalı Fəxri Fərmanlarla təltif olunub. Rəsmi hissə bədii proqramla davam etdirilib.




1545120462.jpg)



