Xəbərlər
05.11.2026 - 16:40
ZƏFƏR GÜNÜ VƏ DÖVLƏT BAYRAĞI GÜNÜ İLƏ BAĞLI AMEA-NIN GƏNCƏ BÖLMƏSİNİN ƏMƏKDAŞLARINA BAYRAM SOVQATI PAYLANIB

Əlamətdar günlərimiz ərəfəsində, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatı tərəfindən əməkdaşların ailələri üçün ənənəvi bayram sovqatları hazırlanaraq paylanılıb.

Bayram sovqatına bayram süfrəsi üçün zəruri olan ərzaq məhsulları – kərə yağı, düyü və çay daxil edilib. 2026-cı il noyabrın 3-də Bölmənin ümumilikdə 99 əməkdaşına təqdim olunan sovqatlar bayram əhval-ruhiyyəsinin yaradılmasına və əməkdaşlara diqqət və qayğının göstərilməsinə xidmət edib.

Qeyd edək ki, bayram sovqatlarının təqdim edilməsi AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatının qərarı əsasında həyata keçirilib.