22 dekabr 2017-ci il tarixində AMEA-nın Elm Tarixi İnstitutunun kollektivi İnstitutun Həmkarlar Təşkilatının maliyyə dəstəyi ilə “ÜMİD YERİ” kimsəsiz uşaq evini ziyarət etmişlər. İnstitutun direktoru tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli uşaq evinin rəhbəri ilə görüşərək onların gündəlik qayğıları ilə maraqlanmışdır. Elm Tarixi İnstitutunun kollektivi körpələrin hazırladıqları əl işləri ilə tanış olmuşlar. Bu işlər arasında rəsmlər, konstrukturlar, gəlinciklər və s. oyuncaqlar var. Daha sonra körpələrlə birlikdə yeni il, bayram sovqatı ilə bəzədilmiş süfrə arxasında görüş davam etmişdir. Qeyd etmək lazımdır ki, “ÜMİD YERİ” kimsəsiz uşaq evində valideyn himayəsindən məhrum olan əlliyə yaxın uşaq yaşayır. Onları sevindirmək üçün hər ay elm, təhsil müəssisələrindən müəllim və tələbələr, müxtəlif təşkilatlardan kollektivlər ziyarətə gəlirlər. Bir xoş sözə belə ehtiyacı olan kimsəsiz uşaqları sevindirmək hər birimizin borcudur.

1545120462.jpg)



