AMEA Zoologiya İnstitutunun Həmkarlar Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə 40 nəfər əməkdaş 23-24 dekabr 2017-ci il tarixində Şamaxı rayonunda 2 günlük korporativ səfərdə oldular. Səfər çərçivəsində əməkdaşlar AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisi ilə tanış olmuş, elmi-tədqiqat laboratoriyalarında aparılan işlər haqqında məlumatlar almış, astrofizika muzeyini ziyarət edərək müxtəlif eksponat və hadisələr haqqında informasiya əldə etmişlər. Bundan başqa Zoologiya institutunun əməkdaşları Rəsədxana ərazisindəki teleskoplardan göy cisimlərini əyani şəkildə müşahidə etmiş, astrofiziklər tərəfindən onlara bu haqda maraqlı məlumatlar verilmişdir. Həm,inin, səfər iştirakçılarına rəsədxana ərazisində tikilmiş və müasir standartlara cavab verən istirahət koteclərində gecələmələri üçün şərait yaradılmışdır. Növbəti gün qonaqlar Zarat kəndində yerləşən Etnoqrafiya muzeyini və digər tarixi –mədəni obyektləri ziyarət etmişlər. Səfərin sonunda Zoologiya İnstitutunun əməkdaşlar Yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə ziyafət şənliyi keçirmiş, bu tədbir və səfərin təşkil edilməsinə görə AHİ rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
1514291647.jpg)

1545120462.jpg)



