Xəbərlər
09.04.2018 - 14:00
LEYLA VƏ ARZU XANIM ƏLİYEVA AMEA DENDROLOGİYA İNSTİTUTUNDA QONAQ OLUBLAR

07.04.2018-ci il tariində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla və Arzu xanım Əliyeva AMEA Dendrologiya İnstitutunda qonaq olublar.
AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Leyla xanım Əliyevayanı elmi müəssisənin tarixi abidələri, müasir avadanlıqlarla təmin olunmuş labaratoriyaları, təcrübə sahələrindəki aparılan elmi tədqiqat işləri ilə yanaşı İnstitutda becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkiləri, İnstitutun elmi nəşrləri və kitabları ilə yaxından tanış etmisdir. Leyla Əliyeva İnstitut əməkdaşları və bağa gəzintiyə gələn sakinlərlə səmimi söhbət apararaq xoş təsuratla bağdan ayrılmışdır.