Xəbərlər
23.04.2018 - 15:00
V FUTBOL ÇEMPİONATININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ

23 apreldə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş AMEA Gənc Alim və Mütəxəssislər Şurasının institutlararası V futbol çempionatının açılış mərasimi keçirildi. Açılışda AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov və AMEA AHİ Rəyasət Heyətinin üzvləri, AMEA-nın İctimaiyyətlə əlaqalər və elmin populyarlaşdırılması idarəsini rəhbəri Zülfüqar Fərzəliyev, Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsnin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova iştirak ediblər. Tədbiri giriş sözü ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov açıb. O, bildirib ki, hər il ənənəvi olaraq Ulu öndər Heydər Əliyevin il dönümü ilə əlaqədar olaraq AMEA Gənc Alim və Mütəxəssislər Şurasının institutlararası futbol çempionatı keçirilir. Çempionat AMEA Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə təşkil olunur. Daha sonra tədbir AMEA AHİ-nin sədri Habil Qurbanovun çıxış ilə davam edib. O, qeyd edib ki, yarışda 17 komanda iştirak edir və oyunlar AFFA-nın milli dərəcəli hakimləri tərəfindən idarə olunur. H.Qurbanov çempionatda iştirak edən komandalara uğurlar arzu edib. 
Açılış mərasimindən sonra Gənc Alim və Mütəxəssislər Şurasının V institutlararası futbol çempionatının ilk oyunları keçirilib. Fizika İnstitutunun komandası Neft-Kimya Prosesləri İnstitutunun komandası ilə qarşılaşıb. Gərgin şəraitdə davam edən oyunda qapılara qol vurulmayıb. Oyun 0:0 hesabı ilə başa çatıb. Hər iki komandanın hesabına 1 xal yazılıb.