Xəbərlər
02.05.2018 - 15:00
"CƏMİYYƏT VƏ SOSİO HÜQUQİ PROBLEMLƏR" ADLI MONOQRAFİYA NƏŞR OLUNMUŞDUR

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Surxay oğlu Qurbanovun yeni, “Cəmiyyət və sosio-hüquqi problemlər” kitabı aprel ayında işıq üzü görmüşdür. 272 səhifədən ibarət olan bu kitab AMEA-nın “Elm” nəşriyyatında 300 tirajla nəşr olunmuşdur. Üç fəsildən ibarət olan kitab, müəllifin son illərdə yazıb çap etdirdiyi elmi məqalələr əsasında tərtib olunmuş bir topludur və müəllifin sayca doqquzuncu monoqrafiyasıdır.

Kitabda müasir Azərbaycan Respublikasında cəmiyyətdə baş verən inkişaf dinamikası və bu aspektdə sosial problemlər, hüquqi baxış fəlsəfəsindən bəhs edən müxtəlif mövzular geniş yer almışdır.

Bu toplum bakalavr və magistr sistemi üzrə təhsil alan tələbələr, doktorantlar, müəllimlər, qanunyaradıcılıq və qanuntətbiqedicilik sahəsində çalışan əməkdaşlar, vətəndaşlar və bütövlükdə respublikanın ictimai, siyasi və hüquq nümayəndələri üçün nəzərdə tutulmuşdur.