Xəbərlər
25.04.2018 - 16:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI AZAD HƏMKARLAR İTTİFAQININ TƏŞƏBBÜSÜ İLƏ ƏMƏKDAŞLARA İŞ YERLƏRİNDƏ İLKİN TİBBİ YARDIM EDİLMƏSİ

İqtisadi inkişafı, əhalinin rifah halının yüksəlməsi, sosial iqtisadi əmək münasibətlərinin və hüquqlarının təkmilləşdirilməsi Azərbaycan Respublikası Hökumətinin davamlı surətdə həyata keçirdiyi tədbirlər sırasındadır. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, onların sağlamlıq imkanlarının yüksəldilməsinə yönələn addımlar dövlətimizin prioritet istiqamətlərindən hesab edilir.  Son dövrlər Azərbaycan Respublikasının prezidenti , cənab İlham Əliyevin birbaşa göstərişi  ilə ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi  demoqrafik və sosial  baxımdan olduqca vacib bir tədbirdir.

Bununla əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı əməkdaşların iş yerlərində ilkin tibbi yardıma əlcatanlığını təmin etmək məqsədilə hər bir müəssisəni  zəruri dərman və avadanlıqlarla təmin etmişdir. Burada məqsəd əqli və fiziki işlə məşğul olan işcilərə hər hansı bir bədbəxt hadisə, səhhətin qəfil pisləşməsi nəticəsində ilkin tibbi yardımın ğöstərilməsidir.

AMEA Azad Həmkarlar İttifaqı işçilərin  sosial humanitar müdafiəsi ilə bağlı  bu tip tədbirləri davamlı olaraq həyata keçirəcəkdir.