Xəbərlər
11.06.2018 - 10:00
AMEA-NIN PREZİDENTİ VƏZİFƏSİNƏ SEÇKİLƏRİN NƏTİCƏSİ AÇIQLANDI

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib. Səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Akademik Akif Əlizadə 66 həqiqi üzvün səsini alaraq, növbəti beş il müddətinə yenidən AMEA-nın prezidenti seçilib.