Xəbərlər
13.06.2018 - 11:00
AMEA-NIN ƏMƏKDAŞLARI ÜÇÜN ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI YARMARKASI TƏŞKIL EDILIB

AMEA-nın Azad Həmkarlar İttifaqı və Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademiyanın əməkdaşları üçün Ramazan bayramı münasibəti ilə Ramazan yarmarkası təşkil olunub.
Akademiya şəhərciyində təşkil olunan yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 30 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilir.
İki gün davam edəcək yarmarkada məhsullar bazar qiymətindən 30 faiz ucuz satılır.