Xəbərlər
16.07.2018 - 10:00
RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ ŞAMAXIYA GƏZİNTİSİ

        AMEA Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə institutun 50 nəfərə yaxın  əməkdaşı  ailə üzvləri ilə birlikdə 13-14 iyul 2018 -ci tarixində Şamaxı rayonunda 2 günlük gəzintidə olmuşdur. Səfərdə eyni zamanda institutun elmi işlər üzrə direktor müavini fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva da iştirak etmişdir. Səfər çərçivəsində əməkdaşlar AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisi ilə tanış olmuş, elmi-tədqiqat laboratoriyalarında aparılan işlər haqqında məlumatlar almış, astrofizika muzeyini ziyarət edərək müxtəlif eksponatlar haqqında informasiya əldə etmişlər. Bundan başqa RPİ-nin əməkdaşları Rəsədxana ərazisindəki teleskoplardan göy cisimlərini gecə vaxtı əyani şəkildə müşahidə etmiş, astrofiziklər tərəfindən onlara bu haqda ətraflı  məlumatlar verilmişdir. Rəsədxana ərazisində tikilmiş və müasir standartlara cavab verən istirahət koteclərində gecələmələri üçün şərait yaradılmışdır. Növbəti gün qonaqlar Şamaxı rayonunun Dəmirçi kəndində yerləşən tarixi mədəniyyət obyektləri və 1300 ildən artıq yaşı olan məscidi ziyarət etmişlər. İnstitut əməkdaşları yaradılan şəraitə görə AMEA Azad Həmkarlat İttifaqınnın rəhbərliyinə  öz təşəkkürlərini bildirirlər.