Xəbərlər
21.09.2018 - 09:00
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN HİK-NİN TƏŞƏBBÜSÜ İLƏ ŞEYX ƏBDÜL MAHMUDOV VƏ BABA VƏZİROĞLU İLƏ GÖRÜŞ KEÇİRİLİB

Sentyabrın 19-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Həmkarlar İttifaqının təşəbbüsü ilə  Azərbaycanın Dövlət Mükafatı laureatı, Xalq artisti Şeyx Əbdül Mahmudov və nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirilib.

Tədbirdə əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül gənclərin maariflənməsinə nail olmaq, tarixi həqiqətləri dünyaya çatdırmağın vacibliyindən danışıb.

Sonra Baba Vəziroğlu məşhur şeirlərini alimlər üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.

Görüşün sonunda institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov qonaqlara səmimi söhbətləri üçün və Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının sədri t.ü.f.d., dos. İradə Mirzəzadəyə  təşəkkürünü bildirib. Belə görüşlərin insan ruhu üçün mənəvi qida olduğunu və vacibliyini xüsusi vurğulayıb. İnstitutun kollektivi ilə birgə qonaqların xatirə fotosu çəkilmişdir.