Xəbərlər
27.09.2018 - 09:00
II SPARTAKİADADA İŞTİRAK EDƏCƏK İNSTİTUT VƏ TƏŞKİLATLARIN NƏZƏRİNƏ!
II Spartakiadada iştirak edəcək İnstitut və təşkilatların nəzərinə! Həmkarlar Komitəsi sədrlərinin və əməkdaşların açılış mərasimində iştirakı vacibdir.
II Spartakiadanın açılış mərasimi oktyabrın 1-i saat 12:30-da Akademiya şəhərciyinin mini futbol stadionunda olacaq. Açılış mərasimindən sonra futbol yarışlarının ilk oyunları keçiriləcək. Aşağıda oyunların keçiriləcəyi tarixlər verilmişdir.
Stolüstü tennis yarışları 8 oktyabr saat 17:00-da Fizika İnstitutunda keçiriləcək.
Şahmat və dama yarışlarının tarixi haqqında məlumat veriləcək.
Yarış iştirakçılarına aid bəciklər (vəsiqə) bu həftə təqdim olunacaq.
AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyəti
Təşkilat Komitəsi