Xəbərlər
09.10.2018 - 10:15
OKTYABRIN 8-İ FİZİKA İNSTİTUTUNDA II SPARTAKİADA ÇƏRÇİVƏSİNDƏ STOLÜSTÜ TENNİS (KİŞİ VƏ QADINAR) YARIŞLARI KEÇİRİLİB.

Yarışda kişilər arasında Zoologiya, Fizika, Geologiya və Geofizika, Genetik Ehtiyatlar, Coğrafiya, Fəlsəfə, Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM), Neft Kimya Prosesləri, Dilçilik, İnformasiya Texnologiyları, Elm Tarixi və Folklor institutunun iştirakçıları, qadınlar arasında keçirilən yarışda isə Fizika, RSXM, Dilçilik, Zoologiya və Coğrafiya İnstitutunun iştirakçıları mübarizə aparıblar Coğrfiya İnstitutunun iştirakçıları Vüsalə Məmmədova, Rəfael Abdullayev və Zaur İmrani yarışda iştirak etməyiblər.
Qadınlar arasında yarış dairəvi formada təşkil olunub. 
Kişilər arasında yarışlar isə 4 qrup üzrə keçirilib. Qrup daxilində birinci yer tutan iştirakçılar: Tural Mustafayev (İnformasiya Texnologiyaları İnstitutu), Tural Nağıyev (Fizika İnstitutu), Veysəl Məmmədov (Geologiya və Geofizika İnstitutu), Şakir Quliyev (Folklor İnstitutu) mübarizəni dairəvi üsulla davam etdirəcəklər. 
Stolüstü tennis yarışları üzrə növbəti yarışlar oktyabrın 10-u saat 17:00-da Fizika İnstitutunda keçiriləcək və II Spartakiadanın bu növ üzrə qalibləri müəyyənləşəcək. 
Qeyd edək ki, stolüstü tennis yarışları beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova və Respublika dərəcəli hakim İsmayıl Mirzəyev tərəfindən idarə olunur.