Xəbərlər
11.10.2018 - 12:00
OKTYABRIN 10-U II SPARTAKİADA ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLMİŞ STOLÜSTÜ TENNİS YARIŞLARINA YEKUN VURULUB.

Final oyunlarında qadınlar arasında 4 nəfər mübarizə aparıb-Aytən Şərifli (Fizika İnstitutu), Sevda Qəribova (Fizika İnstitutu), Natavan Ağayeva (Dilçilik İnstitutu) və Lalə Piriyeva (Respublika Seysmoloji Xidmət Mərkəzi). Yarışların nəticəslərinə əsasən, Aytən Şərifli I yerə, Sevda Qəribova II yerə, Lalə Piriyeva III yerə sahib çıxıb.
Kişilər arasında keçirilmiş stolüstü tennis yarışlarında qrup daxilində birinci yer tutan iştirakçılar: Tural Mustafayev (İnformasiya Texnologiyaları İnstitutu), Tural Nağıyev (Fizika İnstitutu), Veysəl Məmmədov (Geologiya və Geofizika İnstitutu), Şakir Quliyev (Folklor İnstitutu) final mərhələsində mübarizəni dairəvi üsulla davam etdiriblər. Yarışların nəticələrinə əsasən, Veysəl Məmmədova (Geologiya və Geofizika İnstitutu) I yerə, Tural Nağıyev ( Fizika İnstitutu) II yerə, Şakir Quliyev (Folklor İnstitutu) III yerə layiq görülüb.