Xəbərlər
12.10.2018 - 10:00
OKTYBARIN 10-U ŞAHMAT (QADIN VƏ KIŞILƏR) ŞAHMAT YARIŞLARI KEÇİRİLİB.

Şahmat yarışları həm qadınlar, həm də kişilər arasında iki qrup üzrə aparılıb. kişilər arasında yarışlarda Geologiya və Geofizika, Fizika, Riyaziyyat və Mexanika, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya, Radiasiya Porblemləri, Neft-Kimya Prosesləri, AMEA Rəyasət Heyəti, İdarəetmə Sistemləri İnstitutunun təmsilçilər iştirak ediblər. İki qrup üzrə oyunun nəticələrinə əsasən, 6 nəfər final mərhələsinə vəsiqə qazanıb: Kamran Əliyev (Geologiya və Geofizika İnstitutu), Yusif Abdullayev,Sadiq Həmidov ( hər ikisi Fizika İnstitutu), Arzu Babayev ( Riyaziyyat və Mexanika İnstitutu), Rauf Əzizov (Neft-kimya prosesləri İnstitutu), Vüsal Quliyev (Torpaqşünaslıq və Aqrokimya İnstitutu). 
Final mərhələsində oyun dairəvi üsulla aparılıb. Oyunun nəticələrinə əsasən, şahmat üzrə yarışlarda I yerə Yusif Abdullayev (Fizika İnstitutu), II yerə Kamran Əliyev (Geologiya və Geofizika İnstitutu), III yerə isə Sadiq Həmidov layiq görülüb. 
Qadınlar arasında keçirilmiş şahmat yarışlarında Zoologiya, Neft-Kimya Prosesləri , Radiasiya Problemləri, Nizami adına Ədəbiyyat Muzeyi, Geologiya və Geofizika, Coğrafiya, Dilçilik, Fizika və İnformasiya Texnologiyaları İnstitutundan olan iştirakçılar yarışıblar. İki qrup üzrə oyunun nəticələrinə əsasən, 6 nəfər - Afina Əliyeva, Ziyarət Paşayeva (hər ikisi Neft Kimya Prosesləri İnstitutu), İlahə Məmmədova ( Fizika İnstitutu), Nərgiz İsmayılova (İnformasiya Texnologiyaları İnstitutu), Xanım Rzayeva (Coğrafiya İnstitutu), Sevinc Əliyeva (Dilçilik İnsitutu) final mərhələsinə vəsiqə qazanıblar. 
Qadınlar arasında final yarışları oktyarın 12-si saat 16:00-da keçiriləcək.