Xəbərlər
15.10.2018 - 10:00
OKTYABRIN 12-Sİ II SPARTAKİADA ÇƏRÇİVƏSİNDƏ QADINLAR ARASINDA ŞAHMAT YARIŞLARININ FİNAL OYUNLARI KEÇİRİLİB.

Qrup oyunlarına görə finala çıxan iştirakçılar: İlahə Məmmədova (Fizika İnstitutu), Ziyarət Paşayeva, Afina Əliyeva (Neft-Kimya Prosesləri İnstitutu), Xanım Rza-zadə (Coğrafiya İnstitutu), Sevinc Əliyeva (Dilçilik İnstitutu) və Nərgiz İsmayılova (İnformasiya Texnologiyları İnstitutu) mübarizəni dairəvi üsulla davam etdiriblər. Yarışların nəticələrinə əsasən, Ziyarət Paşayeva (NKPİ) birinci, Sevinc Əliyeva (Dilçilik İnstitutu) ikinci, Nərgiz İsmayılova (İnformasiya Texnologiyları İnstitutu) üçüncü yerə layiq görülüblər.