Xəbərlər
05.11.2018 - 13:00
HƏSƏNZADƏ NƏRİMAN ƏLİMƏMMƏD OĞLU İLƏ GÖRÜŞ KEÇİRİLİB

2 noyabr 2018-ci il tarixində saat 12:00-da Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının Təşəbbüsü ilə Akt zalında  şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Filologiya elmləri namizədi, Azərbaycanın xalq şairi, "Şərəf" ordenli, Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) akademiki – Həsənzadə Nəriman Əliməmməd oğlu ilə görüş keçirilib, görüşdə Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Surxay oğlu Qurbanov daiştirak edib. Tədbiri açan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Nəriman Həsənzadənin “Bu dünya bir nərdivandır” şeri ilə qonaqları salamladı. Nəriman Həsənzadə öz həyat və yaradıcılığı haqqında institutun əməkdaşlarına danışdı və “Nuri Paşa”, “Zümrüd Quşu” poemasından, “Nabat xalanın çörəyi”  povestindən bir parça söylədi. Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar İttifaqının sədri, dos. İradə Mirzəzadə Nəriman Həsənzadəyə Həmkarlar İttifaqının adından gül və hədiyyə təqdim etdi. Professor Misir Mərdanov və Nəriman Həsənzadə belə tədbir keçirtdiyi üçün İradə Mirzəzadəyə təşəkkür etdilər.