Xəbərlər
12.11.2018 - 12:00
FİZİKA İNSTİTUTUNUN 48 NƏFƏR ƏMƏKDAŞININ QUSAR OLİMPİK HOTELİNƏ SƏFƏRİ OLUB.

Noyabrın 9-11-də Fizika İnstitutunun 48 nəfər əməkdaşının Qusar Olimpik Hotelinə səfəri olub. Səfər Həmkarlar Komitəsi tərəfindən 01-25 oktyabrda AMEA-nın institutları arasında keçirilmiş II Spartakiadada medalların sayına görə birinci olan Fizika İnstitutunun komandasının qələbəsi münasibəti ilə təşkil olunub. Üç günlük gəzinti müddətində İnstitutun əməkdaşları Şahdağda da olublar.