Xəbərlər
29.11.2018 - 14:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQI İLƏ MEMUR - SEN KONFEDERASYONU EĞİTİM-BİR-SEN EĞİTİMCİLER BİRLİĞİ SENDİKASI ARASINDA QARŞILIQLI ƏMƏKDAŞLIQ HAQQINDA MÜQAVİLƏ İMZALANMIŞDIR

27.11.2018-ci ildə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov ilə Memur - Sen Konfederasyonunun sədri Əli Yalçın arasında görüş keçirildi. Görüşdə ikitərəfli əməkdaşlığa dair müzakirələr aparıldı və Memur - Sen Konfederasiyasının Eğitim-Bir-Sen Eğitimciler Birliği Sendikası (Həmkarlar İttifaqı) ilə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı arasında qarşılıqlı maraq kəsb edən informasiya mübadiləsi, həmkarlar ittifaqı konfranslarının işində iştirak etmək, həmkarlar ittifaqının aktual  problemləri ilə bağlı birgə seminarlar keçirmək, həmkarlar ittifaqı quruculuğunda, təkmilləşdirilməsində iş təcrübəsi mübadiləsi, sahə həmkarlar təşkilatlarının və tədris mərkəzlərinin əməkdaşlığını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında 5 illik müqavilə bağlanmışdır.

İmzalanma mərasimində Memur - Sen Konfederasyonu Eğitim-Bir-Sen Eğitimciler Birliği Sendikasının (Həmkarlar İttifaqı) bir sıra rəsmi şəxsləri də iştirak etmişlər.